"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

 11:18 08.09.2023     426

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin avqust ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 851 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin  Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 296 müraciət "Opentext" proqramı vasitəsilə, 555 müraciət isə elektron formada daxil olub.

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin avqust ayı ilə müqayisədə 159 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır", - deyə Kərbalayev bildirdi.

Həmidə İBRAHİMLİ