İki rayonun icra başçısının müavinləri işdən çıxarıldı

 11:50 08.09.2023     453

Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.

Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb (apa).