Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişir

 12:06 08.09.2023     206

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişir.

Redaktor.az-ın xəbərinə görə, bununla bağlı ““Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.