“Açıq mikrofon” bu həftəlik işini Neftçalada yekunlaşdırdı   - FOTO

 17:09 08.09.2023     231

Həftənin sonuncu “Səyyar qəbul otağı” Neftçala rayonunun Cəngan kənd sakinlərinin ixtiyarında olub.

"Azəriqaz" İB-dən Redaktor.az-a verilən məlumata görə, vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.

Aksiyaya rayonun Bala Surra kəndindən üz tutan Rəşid Həsənov, Ramin Nağıyev, Zaur Ələkbərov və digər kənd sakinlərinin müraciəti sözügedən kəndin qazlaşdırılması ilə bağlı olub. Bundan əlavə görüş zamanı fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılması, qaz xəttinin yerinin dəyildirilməsi kimi müraciətlər də səsləndirilib.

Ünvanlanan sualları SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri cavablandırıb, görüş iştirakçılarına ətraflı izahatlar verilib.

222