İnsan orqan və toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər dəyişdi

 17:57 08.09.2023     296

Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, İnsan orqan və (və ya) toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər aşağıdakı kimi olacaq:

- gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

-gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;

- gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qəbul edən tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd