Ucarda "Açıq mikrofon" qurulacaq

 18:24 08.09.2023     259

11 sentyabr saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Ucar rayonunun Şahlıq kəndində (poçt məntəqəsinin qarşısı) baş tutacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.