Bakıda və bu rayonlarda suyun verilişində məhdudiyyətlər OLACAQ

 18:35 08.09.2023     535

Son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. 

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.