Qızıl Ayparanın yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

 15:49 09.09.2023     323

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır.

Redaktor.az xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər isə ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.