Sumqayıtda radiasiya aşkarlandı

 20:27 09.09.2023     288

Sumqayıtda radiasiya aşkarlanıb.

Redaktor.az "APA"ya istinadla xəbər verir ki, hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub.

Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb.