Ölkə ərazisində küləkli hava sabahadək davam edəcək

 21:37 10.09.2023     341

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, senytabrın 10-u saat 21:00-a olan məlumata əsasən Astara, Lənkəran, Yardımlı, Lerikdə arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 26-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti sentyabrın 11-i səhərədək davam edəcək.