Agentlik abonentlərə içməli suya qənaət etməyi tövsiyə ETDİ
Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.
Redaktor.az Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir.
“Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik”, - deyə məlumatda bildirilir.