Otuz il əvvəl şəhid olan hərbçinin qalıqları Füzulidə dəfn olundu - YENİLƏNİB

 16:03 11.09.2023     477

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.

Redaktor.az şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:23

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Redaktor.az report-a istinadla xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırından başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

Ə.Heseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.