Rusiya Qızıl Xaç Cəmiyyətinin avtomobili Xankəndi istiqamətində hərəkət edir

 09:10 12.09.2023     274

“Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətində hərəkət edir”.

Redaktor.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib.

Baş katib jurnalistlərin “Yaxın günlərdə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində başqa yüklərin keçidi nəzərdə tutulurmu?” sualına isə belə cavab verib: “Belə bir məlumat yoxdur. Əgər hər hansı bir belə məlumat olarsa, media ilə bölüşüləcək”.