Bu şəhərdə internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr YARANACAQ

 18:53 12.09.2023     368

Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Redaktor.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək.

Təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər (report).