Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlandı - FOTO
Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev apa-ya deyib ki, mütəxəssislər əraziyə baxış keçirib və stabil vəziyyət qeydə alınıb.
“Orada qurulmuş istinad divarında da hansısa deformasiya və ya dəyişiklik müşahidə edilməyib”, - o qeyd edib.
Xatırladaq ki, Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov mediaya açıqlamasında bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:
"Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir. Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.