Bu rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

 09:45 14.09.2023     474

“Qaz İxrac” İdarəsi tərəfindən “Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə bağlı 14.09.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Sabunçu qəsəbəsinin, 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H. Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X. Natavan küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.