Daha 73 sakin Füzuliyə qayıdır

 09:14 15.09.2023     209

Sentyabrın 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. 

Redaktor.az AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (73 nəfər) köçürülüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 144 ailənin (514 nəfər) daimi məskunlaşması təmin edilib.