Xaçmazda körpü dağıldı, yaralananlar var

 09:42 15.09.2023     402

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

Redaktor.az xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ-21011" markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib (report).

2222
Vumart və Güvən reklamı Vumart Güvən