Abonent kodunu addan-ada necə keçirmək olar? 

 11:34 15.09.2023     350

"Abonent kodunu addan ada keçirmək üçün, abonentin özü və ya notarial qaydada təsdiq edilən etibarnamə əsasında çıxış edən digər vətəndaş asan xidmət mərkəzinə yaxınlaşmalıdır".

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, vətəndaşlar bu kimi hallarda "ASAN xidmət" və ya "ASAN" kommunal" mərkəzlərinə müraciət etməlidir:

"Müraciət zamanı şəxsiyyət vəsiqəsi, mülkiyyəti təsdiq edən sənədlərin əsli, smart kart təqdim edilməlidir. Bununla da Smart kartın abonent kodunu addan-ada keçirmək mümkündür. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur".

Həmidə İBRAHİMLİ