“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir - VİDEO

 12:44 15.09.2023     258

“Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir.

Redaktor.az-ın “Azərişığ”a istinadən verdiyi məlumata görə, yenidənqurma işləri Saray qəsəbəsi və Yeni Yaşmada da davam edir.

Saray qəsəbəsində yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.

“Azərişıq” Yeni Yaşmada müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə də abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərini davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi yenilənir, köhnə dayaqlar və elektrik xətləri yenisi ilə əvəz olunur. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.

Həm Saray qəsəbəsində Köhnə kənd adlanan ərazidə, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.