BDU-nun qarşısında maraqlı hadisə - Ata tələbə qızına maşın hədiyyə etdi - FOTO

 13:12 15.09.2023     288

Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın hədiyyə edib.

Redaktor.az xəbər verir ki, Bakı Dövlət Universitetinin qarşısında maraqlı hadisə yaşanıb. Belə ki, universitetin qarşısına şarlarla bəzədilmiş maşın gətirilib. Maşının nömrə hissənə “tələbə qızım” sözləri yazılıb.

Məlumata görə, hədiyyəni bir ata qızı üçün hazırlayıb və universitetin qarşısına gətirib. Hadisə həm yoldan keçənlərin, həm də universitet tələbələrinin marağına səbəb olub.