Uçan körpü qəzalı olub? - VİDEO

 15:06 15.09.2023     340

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz-Xudat yolunun üzərindəki körpü uçub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov hadisə yerinə gedib.

Açıqlama verən Saleh Məmmədov körpünün qəzalı olması ilə bağlı iddiaların mümkünsüz olduğunu deyib:

“Təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.

AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.

Ətraflı Baku TV-nin videomaterialında: