Nazir müavini ATU-da kafedra müdiri təyin edildi
Azərbaycan Tibb Universitetində yeni kafedra yaradılıb.
Redaktor.az xəbər verir ki, bu barədə apa-ya Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib. Yeni yaradılan Təcili tibb kafedrasına dosent Nadir Zeynalov müdir təyin olunub.
Sentyabrın 15-də kafedranın ilk mühazirəsi keçirilib. Nadir Zeynalovun təqdimatında ilk mühazirəni I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri dinləyiblər.
Xatırladaq ki, Nadir Zeynalov səhiyyə nazirinin müavinidir.