Qubada zəlzələ oldu

 09:07 16.09.2023     306

Bu gün saat 05:52-də Qubada zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3,3 maqnitudada baş verib, zəlzələ ocağı 42 km dərinlikdə yerləşib.

Qeyd edək ki, yeraltı təkanlar hiss olunmayıb.