19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyirik, heç bir cavab gəlməyib

 10:31 16.09.2023     294

"Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir. Yüklərimiz, heyətimizlə buradayıq".

Redaktor.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Baş katib bildirib ki, müsbət cavab olduğu halda keçidin reallaşması üçün lazımı addımlar atılacaq: "Hələ də gözləyirik, heç bir cavab gəlməyib. Hər hansı müsbət cavab olduğu halda bu və ya digər şəkildə keçidin reallaşması üçün lazımı addımlar atacağıq. Yəni bütün lazımı danışıqlar aparılıb, sənədlər təqdim olunub. Hazırda gözləyirik".