Daha bir qrup erməni "Laçın" məntəqəsindən keçdi

 10:42 16.09.2023     265

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Redaktor.az xəbər verir ki, BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, tibb işçisi, 8 xəstə,7 müşayətçi ümumilikdə 25 nəfər olub.