ANAMA-nın avtobusu Laçında qəzaya düşdü - Yaralılar var

 15:29 16.09.2023     288

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinidən Redaktor.az-a bildirilib ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.