Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olundu

 17:05 16.09.2023     232

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.

Redaktor.az report-a istinadla xəbər verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.