Müvafiq danışıqlar aparılıb, hələ cavab yoxdur - "Qızıl Aypara"

 22:36 17.09.2023     303

"Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Ərzaq yüklü avtomobillərdə burdadır. Bütün müvafiq danışıqlar aparılsa da hələ bir xəbər yoxdur".

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Bildirib ki, ərzaq yüklü avtomobillər Xankəndində yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər ərazidə gözləyəcəklər: "Biz Qızıl Aypara Cəmiyyəti olaraq burdayıq. Halhazırda gözləyirik. Bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Gəlməkdə məqsədimiz odur ki, Xankəndidə yaşayan erməni əsilli sakinlərə 40 ton unu çatdıraq. Çatdırılana qədər də burda gözləyəcəyik. Əgər keçid baş tutarsa biz orda insanlar arasında bir sorğu qiymətlındirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və ehtiyac nəyədirsə biz onu planlama aparıb yardım etməyə hazırlaşacıyıq. Qızıl Aypara Cəmiyyəti buna tam hazırdır”.