Hacı Natiq vəfat etdi

 09:30 18.09.2023     305

Nardaran Ağsaqqallar Şurasının sədri​ Hacı Natiq Kərimov vəfat edib.

Redaktor.az xəbər verir ki, Hacı Natiq ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Natiq Nardaran hadisələri zamanı kənd ağsaqqalları adından çıxış edirdi. Daha sonra dövlətə xəyanətdə ittiham edilən Hacı Natiq həbs edilmişdi. Bir müddət sonra isə azadlığa buraxılmışdı (qafqazinfo).