"Adət-ənənə adı altında, yas biznesini millətə sırımaq lazım deyil"

 10:15 18.09.2023     235

Hiyə, yetimə-yesirə, əlilə-şikəstə,oxumaq istəyən imkansız, amma bacarıqlı uşaqlara kömək etmək, arxasız-adamsız istedadlı, savadlı gənclərimizə dayaq olmaq, halal yaşamaq, yetim malı yeməmək, zəhmətiylə yaşamaq, təkcə özünü yox, qonşusunu düşünmək, elinin-obasının hayına-harayına yetişmək, xeyirinə-şərinə şərik olmaq kimi əsil, köklü adər-ənənələrimizi bilərəkdən və ya bilməyərəkdən, hansısa haramxorların YAS BİZNESİNƏ qurban verməliyik?!

Niyə, yas və din tüccarlarının cibləri dolsun deyə, milləti soyma əxlaqsızlığına, "adət-ənənə" adı qoymalıyıq?
İnsanlara DİRİYKƏN qiymət vermək lazımdır, öıəndən sonra, Yas "biznesmenlərinin" cibini, yas bayquşlarının qarnını doydurmanın, dünyasını dəyişənə, heç bir faydası yoxdur!
İnkir-minkirin yanında "rüşvət" keçmir...

Yas mərasumində, iştirak edənlərə, ən uyğun və doğru olanı, belə deyək ki, ehsanat adına, çay, limon və xurmanın verilməsidir.
Yas mərasimlərini, maddi imkan nümayişi şousuna çevirmək, həm də düşüklük və görməmişlik əlamətidir!

Nürəddin Mehdixanlı