Bu rayonda bələdiyyə sədrinə protokol tərtib olundu - FOTO

 19:12 18.09.2023     365

Qobustan rayonunun Ərəbqədim kəndinin bələdiyyə sədri barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Tədbir zamanı Ərəbqədim kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.

2