Parlamentdə ailə dəyərləri müzakirə ediləcək

 12:11 19.09.2023     184

Qanunvericilik aspektində ailə dəyərləri mövzusunda dinləmə keçiriləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” mövzusunda dinləmə daxil edilib.

Eyni zamanda İş Planında “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” ilə bağlı dinləmə keçirilməsi də nəzərdə tutulub.

İş Planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.