"Azəriqaz" rəhbərliyi Kürdəmirdə vətəndaş qəbulu keçirəcək

 10:41 20.09.2023     260

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Kürdəmir rayonunda vətəndaş qəbulu keçiriləcək.

Redaktor.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

“Azəriqaz” vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.