Həlak olan mülki şəxs şəhid qardaşı imiş

 10:49 20.09.2023     302

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs - Fərhadov Vidadi Aydın oğlu həlak olub.

Redaktor.az xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Bu barədə məlumatı Şuşa Rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. 

V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlədən olub. V. Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.

O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq.