Azərbaycanda təhlükəsizlik ciddi şəkildə mühafizə olunur - DİN
Əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.
Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
"Öllkə ərazisində ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur. Bu günə olan məlumata görə hər hansı hüquqa zidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb. Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”.