Rəsmi Bakı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabahkı görüşə hazırdır
Azərbaycan sabahkı ilkin kontakta hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, daha geniş müzakirələr Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində həyata keçiriləcək:
“Azərbaycan hamar reinteqrasiya prosesinə hazır olduğunu bir daha bəyan edir. Biz əhalinin humanitar tələblərinə cavab verməyə hazırıq. Qısa zaman çərçivəsində yerlərdə stabillik və təhlükəsizliyi müvafiq şəkildə təmin etməyə hazırıq”.