Azərbaycan öz suverenliyini bərpa edib - İlham Əliyev

 20:42 20.09.2023     234

Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, cəmi 1 gün ərzində bütün qarşıda duran vəzifələr yerinə yetirilib.

"Tərəfimdən tapşırıq verilmişdi ki, mülki əhali qorunmalıdır. Biz yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq", - İlham Əliyev vurğulayıb.