Azəriqaz İB-dən son 8 ay ilə bağlı HESABAT
"Bu ilin ilk 8 ayı, yəni, sentyabr ayının 1-i 2023-cü il tarixə Birliyin abonentlərinin sayı 2 milyon 554 min nəfərdir".
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin Abonent bazasının xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov deyib.
Onun sözlərinə görə, hal-hazırda sözügedən istifadəçilər fasiləsiz, təhlükəsiz olaraq təbii qazla təmin edilir:
"O cümlədən əhali sektoru üzrə abonentlərin sayı 2 milyon 513 min, qeyri-əhali sektoru üzrə isə 41492 nəfər olub".
Həmidə İBRAHİMLİ