“Bu il abonentlərin 65 %-i aşağı qaz istifadəsi limitini keçməyib” - “Azəriqaz”
Bu ilin yanvar-avqust aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 620 min abonent, yəni abonentlərin 64,5 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin Abonent bazasının xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov deyib.
Onun sözlərinə görə, 8 ay ərzində 794 min 143 abonent, yəni abonentlərin 31,6 %-i 20 qəpik, 98 min abonent isə (abonentlərin 3,9 %-i) 25 qəpik tarifi ilə qazdan istifadə ediblər.
Həmidə İBRAHİMLİ