Türkiyə səfiri şəhid polisin yas mərasimində - FOTO

 15:11 22.09.2023     690

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, - diplomat paylaşımda qeyd edib.