Vardanyan Qarabağı tərk etməkdən imtina etdi

 17:14 22.09.2023     3784

Separatçı Ruben Vardanyan Qarabağı tərk etməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın "hraparak" nəşri məlumat yayıb.

"O, burada qalıb qədim "Artsax" uğrunda sona qədər döyüşəcək bütün vətəndaşlarla birlikdə bu torpaqda ölümünü qəbul etməyə hazırdır. 

O, Ermənistan hakimiyyətini Azərbaycan hakimiyyətinə xəyanətdə ittiham edib. O, Rusiyanın "Artsax"la bağlı siyasətini vətənə xəyanət hesab edir", - deyə sayt qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 19-20-də apardığı uğurlu antiterror əməliyyatı nəticəsində Qarabağdakı erməni separatçıları və Ermənistan silahlı qüvvələrinin bölmələri ağ bayraq qaldıraraq təslim olublar. 

T.İSMAYIL