Zarağan kəndinin sakinlərini “Açıq mikrofon” aksiyasına gətirən 2 səbəb

 20:10 22.09.2023     313

Zarağan kəndinin sakinlərini “Açıq mikrofon” aksiyasına gətirən 2 səbəb

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun Zarağan kəndində təşkil olunub. Həftənin sonuncu aksiyasında 10-dan çox sakin iştirak edib ki, bunlardan 8-i mikrofon önündə müraciətlərini ünvanlayıblar. Sakinlərdən 7 nəfəri eyni istəklə çıxış ediblər. Onlar kəndin müxtəlif ərazilərində küçə qaz xəttinin çəkilişini xahiş ediblər. Qalan digər abonent isə qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb və aidiyyəti üzrə tapşırıqlar verilib.

222