Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

 10:54 25.09.2023     232

Sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.

Redaktor.az-ın məlumatına görə, belə ki, video yayılan kimi dərhal AAYDA-nin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-ə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.

MMC tərəfindən bir-neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!