DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət etdi

 11:02 25.09.2023     332

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".