Qarabağın erməniəsilli sakinləri Ermənistana gedirlər

 15:10 25.09.2023     470

Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərindən birinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.