Qənirə Paşayevanın vəziyyəti açıqlandı
Deputat Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, əmisi Qəzənfər Paşayev apa-ya açıqlamasında deyib ki, yayılan xəbərlər (ölümlə bağlı) yalandır, Qənirə Paşayeva hazırda aparata qoşuludur.
O bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır:
“Ayrı bir şey də yoxdur. Deyilən xəbərlər yalandır”.
Qardaşı Hüseyn Paşayev də deyib ki, bacısının vəziyyəti ağır-stabildir:
“Hazırda buradayıq. Yeni heç nə yoxdur. Vəziyyəti əvvəlki kimidir”.