DTX dünyanın peşəkar xüsusi xidmət orqanlarının cərgəsindədir

 23:04 25.09.2023     367

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Əhmədbəyli-Füzuli -Şuşa yolunda qanlı terror aktlarını törədənləri tez bir zamanda yaxalaması dövlət orqanlarımızın birgə uğurlu fəaliyyətlərindən və yüksək peşəkarlıqlarından xəbər verir. Bu, gələcəkdə bənzəri xəyallara düşmək istəyənlərə bir dərs olmalıdır. Belələrinin canlarını qurtarmaq şansı yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Mili Məclisin deputatı Musa Qasımlı bildirib.

"İndiyədək ABŞ CİA, Böyük Britaniya Mİ-6, Türkiyə MİT, SSRİ KQB tarixinə dair bir neçə kitab oxumuşam. KQB sədrləri Vladimir Semiçastnının, Yuri Andropovun, Viktor Çebrikovun və Vladimir Kryuçkovun Sov. İKP MK katibliyinə yazdıqları bəzi tamamilə məxfi sənədləri Moskvada arxivdə oxumuşam… DTX dünyanın peşəkar xüsusi xidmət orqanlarının cərgəsindədir… İnşaallah, ölkəmizdə terrorçuların kökü tamamilə qazılar və kürünüb atılar", - deyə millət vəkili qeyd edib.

T.İSMAYIL