Azərbaycan polisi erməni mülki şəxslərə su paylayır - VİDEO
“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
"Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır və onlardan başqa nəsə lazım olub-olmadığını soruşur. Ünsiyyət rus, hətta Azərbaycan dilində aparılır", - o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, vaxtilə azərbaycanlılarla birgə yaşayan bir çox ermənilər Azərbaycan dilini xatırlayırlar.
Azerbaijan Police personnel with Russian peacekeepers on the road are distributing waters to armenian civilians and asking them whether they need something else?. Communication is in Russian and even in the Azerbaijani language as well. Since the days of mutual co-existance and… pic.twitter.com/nhW3i6PCxB
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 26, 2023