“Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq” - XİN

 09:08 27.09.2023     310

“30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq”-, paylaşımda deyilir.